Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Yenizaman.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində, Gəncə prospektindəki "Fəridə" şadlıq sarayının qarşısında baş verib. Gecə saatlarında "Hyundai" markalı minik avtomobili restoranının qarşısında yola çıxan 35-40 yaşlı kişini vurub. Həmin şəxs xəstəxanaya aparılsa da, artıq gec olub.
 
Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.
.