Qırğızıstan 2050-ci ilədək karbon neytrallığına nail olmağa çalışır.

Bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşünün açılışında deyib.

"Biz tərəflərə dayanıqlı gələcəyə nail olmaq üçün birlikdə işləməyi təklif edirik. Biz Azərbaycandan Qırğızıstanın COP29-da dağlıq ərazilərin dayanıqlı inkişafı ilə bağlı təşəbbüsünü dəstəkləməsini xahiş edirik", - o bildirib.

Prezident, həmçinin türk dövlətlərini dayanıqlı gələcəyin qurulmasına töhfə vermək üçün COP29-da fəal iştirak etməyə çağırıb.

.