“Qırğızıstanın strateji nəqliyyat infrastrukturunun qonşu dövlətlərin ərazisindən keçməsi, qonşu ölkələrlə dövlət sərhədinin bəzi hissələri üzrə tamamilə razılaşdırılması istiqamətində danışıqlarda yaranan çətinliklər respublikanın ərazi bütövlüyünə birbaşa təhlükədir”.

“24.kg” xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov dekabrın 25-də hökumətin toplantısında bildirib.

Onun sözlərinə görə, bu məsələ 2021-ci ilin aprelində Batkendə çoxsaylı insan itkisi ilə nəticələnən faciənin baş verməsinə səbəb olub.

.