Şabranda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Şabran rayonu, Şahnəzərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 12 m2 olan yarımtikilinin tavanı 8 m2 sahədə yanıb.
Yarımtikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yenizaman.az
.
