Yol polisi Hacıqabul-Horadiz avtomobil yolunda baş verən qəza barədə məlumat yayıb.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, yolun 33-cü kilometrliyində “Hyundai Santa Fe” markalı avtomobilin aşması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 4-nə ilkin tibbi yardım göstərilib, 1 nəfərin isə xəstəxanada müalicəsi davam etdirilir.

Hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub.

***

Sabirabad rayonunda mikroavtobus aşıb.

Hadisə Hacıqabul-Bəhərmtəpə magistralının Sabirabad rayonunun Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib. “Mercedes” markalı mikroavtobusun aşması nəticəsində sürücü və 7 sərnişin müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan xəstəxanasına yerləşdirliblər.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

.