Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirlən sabiq polis rəis müavini Nazim Hüseynovun apellyasiya şikayətinə baxılıb.
Bu barədə "Report"a vəkil Adəm Məmmədov məlumat veeib.
Onun sözlərinə görə, hakim Nazim Mövsümovun sədliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, məhkəmə onum barəsində bəraət hökmü çıxarıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq polis mayoru (Bakı şəhərində olan Polis Bölmələrindən birinin sabiq rəis müavini) N.Hüseynovu Cinayət aməcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsilə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
