
Qırğızıstan parlamentinin sabiq deputatı "İslam Dövləti” (İŞİD) terror qruplaşmasına dəstək verməkdə təqsirləndirilərək saxlanılıb.
APA-nın xəbərinə görə, bu barədə Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
"Saxlanılan şəxs pul vəsaiti və silah-sursat vasitəsilə terrorçu qruplaşmaya yardım edib", - deyə məlumatda bildirilir.
Saxlanılan şəxsin adı istintaq sirri olduğuna görə açıqlanmır. Yalnız o məlumdur ki, həmin şəxs parlamentdə "Ak Jol" iqtidar fraksiyasına daxil olub.
Sabiq deputat Bişkek hava limanında, ölkəni tərk etmək istəyərkən saxlanılıb.
.