Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu bildirir ki, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 2-4, gündüz 5-9 dərəcə olacaq.
Rayonlarda da hava əsasən yağıntılı keçəcək. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Aran rayonlarında temperatur gecə 0-5 dərəcə, gündüz 6-11 dərəcə, dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxta - 4 dərəcə isti olacaq.
.