Saatlıda yanğın hadisəsi qeydə alınıb.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Saatlı rayonu, Qaracalar kəndində vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi və talvar yanğından mühafizə olunub.

Alov saat 23:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb
.