Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixail Saakaşviliyə qarşı yeni ittihamlar irəli sürüb.
Saakaşvili 2005-ci ildə deputat Valeri Gelaşvilinin öldürülməsini təşkil etməkdə ittiham olunur.
İyulun 28-də isə Saakaşvili hakimiyyətdən sui-istifadədə ittiham olunmuşdu. O, həmçinin "İmedi" televiziyasını ələ keçirməkdə, 2007-ci ildə Tiflisdə hökumət əleyhinə nümayişləri zorla dağıtmaqda ittiham olunur.
Avqustun 1-də məhkəmə Saakaşvilini qiyabi həbs edib.
.
