2012-ci ildə demokratik yolla hakimiyyətə gəlmiş Gürcü Arzusu Partiyası yalnız öz fəaliyyətsizliyi ilə seçilir.
 
Axar.az xəbər verir ki, bunu Batumidə öz tərəfdarları qarşısında çıxışı zamanı Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizəd Sandra Rulofs söyləyib. Onun sözlərinə görə, hazırda ölkənin taleyi yalnız gürcü xalqının əlindədir:
 
"Biz vəd verdiyini gerçəkləşdirən tam peşəkar komandayıq. Mixail Saakaşvili heç nədən qorxmur və onun ölkəyə dönüşü qaçılmazdır”. 
.