Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Tbilisidə saxlanılmasının əməliyyat görüntüsü yayılıb.

“palitranews.ge” verdiyi xəbərə görə, video M. Saakaşvilinin Tbilisidə qaldığı evdə çəkilib.

Qeyd edək ki, M. Saakaşvili oktyabrın 1-də Tbilisinin Kvişxeti küçəsində qaldığı mənzildə tutulub. O, dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunub. Sabiq prezident bundan əvvəl Valeri Gelaşviliyə fiziki hücumda təqsirli bilinib. Onun barəsində buna görə 6 il, vəzifə səlahiyyətindən sui-istifadə maddəsi ilə isə 2 il 3 ay müddətinə həbs qərarı verilib.

verilib.

 

 

 

.