Gürcüstanın sabiq Prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin vəzifə təklifini qəbul edib.
 
TASS verdiyi xəbərə görə, bu barədə M. Saakaşvili bu gün "Xalqın xidmətçisi” fraksiyasının üzvləri ilə görüş öncəsi bildirib.
 
"Mən Prezident Zelenskinin təklifini qəbul etdim”, - deyə Gürcüstanın sabiq Prezidenti vurğulayıb.
 
Xatırladaq ki, bir neçə gün əvvəl V. Zelenski M. Saakaşviliyə Ukrayna Baş Nazirinin islahatlar üzrə müavini vəzifəsini təklif edib.
.