Ukrayna prezidenti Pyotr Poroşenkonun rəsmi saytında Saakaşvilinin təyinatı üçün səsvermə keçirilir.

Atv.az RİA-ya istinadən bildirir ki, Odessanın qubernatoru və Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini Ukraynanın Baş naziri təyin etmək üçün səs toplanılır. Xəbərə şərh yazan vətəndaşlardan biri "Nəhayət ki, Ukraynada islahatlar aparılacaq” deyib.

Hazırda lazım olan 25 min imzadan 480-i toplanılıb. Səsvermənin 90 gün müddəti var.
.