Ukraynanın Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Xidməti "Regionlar" partiyasından deputat Oleq Tsarevin hazırladığı və 36 nəfərin ölkəyə girişini qadağan edən sənədi təsdiqləyib. Ukraynada persona non-qrata elan olunan şəxslər arasında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili, ABŞ və Avropa Birliyi ölkələrindən vətəndaşlar da var.
Ukrayna ərazisinə daxil olması qadağan edilən şəxslərin siyahısına Mixail Saakaşvilidən əlavə, daha 29 Gürcüstan vətəndaşnın adı da əlavə olunub. Gürcü vətəndaşların persona non-qrata elan olunmasına səbəb Ukrayananın daxil işlərinə qarışması və ölkədə baş verən etiraz aksiyalarına dəstək nümayiş etdirməsi göstərilib.
.