Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstanın Batumi şəhərindədir.

M. Saakaşvili özünün “Facebook” hesabında Batumidən video yayıb.

M. Saakaşvili öz tərəfdarlarını sabah keçiriləcək yerli özünüidarəetmə seçkilərində iştirak etməyə çağırıb.

“Bura Batumidir. Biz oktyabrın 2-də seçkilərdə iştirak etməli, Vahid Milli Hərəkat partiyasına səs verməliyik”, - sabiq prezident qeyd edib.

.