Türkiyəni silkələyən "böyük rüşvət əməliyyatı”nda saxlanılanlar barələrində müvəqqəti həbs qərarları verilmək üçün məhkəmə qarşısına çıxarılır. Dekabrın 19-da 10 nəfər məhkəməyə aparılıb. Onlardan 3-ü sərbəst buraxılıb, 7-i isə istintaq dövrü üçün həbsə göndərilib.
Proses dekabrın 20-də davam edib. Səhər saatlarında daha bir nəfər barəsində həbs qərarı çıxarılıb. Dajah sonra məşhur iş adamları Rza Zərrab, Əli Ağaoğlu, daxili işlər nazirinin oğlu Barış Gülər, "Halkbank”ın direktoru Süleyman Aslanın da daxil olduğu 66 nəfərlik dəstə məhkəməyə aparılıb.
Məkəmə Əli Ağaoğlunun sərbəst buraxılmasına, barəsində istintaqın isə davam etdirilməsinə qərar verib.
Məhkəməyə çıxarılan digər təqsirlilər barəsində qərar isə hələ bəlli deyil.
.