ABŞ və NATO ilə açıq qarşıdurma Rusiyanın maraqlarına uyğun deyil. Moskva ümid edir ki, ABŞ prezidenti Co Bayden administrasiyası Ukrayna ətrafında eskalasiya risklərini anlayır.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Birbaşa hərbi toqquşma ilə nəticələnəcək ABŞ və NATO ilə açıq qarşıdurma bizim maraqlarımıza uyğun deyil. Ümid edirik ki, Bayden administrasiyası da Amerika qoşunlarının Ukraynaya göndərilməməsi ilə bağlı yerli məmurların bəyanat nəzərə alaraq, Ukraynada münaqişənin nəzarətsiz gərginləşməsi təhlükəsini dərk edir ”, - deyə Ryabkov Karib böhranının 60-cı ildönümünə həsr olunmuş konfransda bildirib.

.