General Rüstəm Muradov bu gün Ermənistana gedəcək, sabah isə oradan Qarabağa gələcək.

Bu barədə Ermənistanın “Qraparak” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinin ildönümü münasibətilə böyük tədbir keçirilməsi planlaşdırılır. Rusiya Müdafiə Nazirliyi 200-ə yaxın medal buraxıb. Cənub Hərbi Dairəsinin komandanının müavini Rüstəm Muradov xidmətdə fərqlənən hərbçiləri həmin medallarla təltif edəcək.

.