Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov Ağdərədə tutulan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayevə baş çəkib.

“Sputnik Armenia”ya verdiyi xəbərə görə, o, C.Babayevin saxlanma şəraiti ilə tanış olub.

R.Muradov onun ailə üzvləri ilə əlaqə yaratması üçün şərait yaradılacağını bildirib.

Qeyd edək ki, Ermənistan mətbuatında Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə tutulduğu barədə məlumat yayılıb.

.