Parisdə keçirilən sammitdə Avropa İttifaqı liderləri Ukraynanın təhlükəsizliyinə təminat verməyi öz üzərlərinə götürməyə hazır olduqlarını nümayiş etdirdilər.

Bunu NATO-nun baş katibi Mark Rutte görüşdən sonra bildirib.

"Hazır və istəkliyik. Bugünkü Paris görüşündən gəldiyim nəticə budur. Avropa addım atmağa hazırdır və bunu istəyir. Onlar Ukrayna üçün təhlükəsizlik zəmanətinin verilməsinə liderlik etməyə hazırdırlar", - o “X” hesabında yazıb.

.