Fevralın 3-ü səhər saatlarında bir qrup şikayətçi Baş Prokurorluğun binası önündə etiraz aksiyası keçirib.
Şikayətçilər problemlərinin həll edilməməsindən narazıləq ediblər. Vətəndaşların əsas tələbləri Baş prokuror Zakir Qaralovla görüşmək olub. Onların bəziləri kəfən geyinməklə problemlərinə göz yumulmasına bu yolla etiraz ediblər.
Vətəndaşlar deyiblər ki, uzun müddətdir Baş Prokurorluğa müraciət etmələrinə baxmayaraq, vəzifəli şəxslər onların problemlərinin həll edilməsi istiqamətində heç bir real addım atmır.
Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az saytına həmin vətəndaşların Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov tərəfindən qəbul edildiyini bildirib. O, həmçinin hazırda qəbulun davam etdirildiyini əlavə edib.
***
11:43:39
Bu gün səhər saatlarında bir qrup şikayətçi Baş Prokurorluq binasının önündə aksiya keçirib. Şikayətçilər Korrespondent.az-ın xəbərinə görə problemlərinin həll edilməməsindən narazıdırlar.
Vətəndaşların əsas tələbləri yenidən Baş prokuror Zakir Qaralovla görüşməkdir. Onların bəziləri "kəfən” geyinərək problemlərinə göz yummalarına etiraz ediblər. Vətəndaşlar deyir ki, uzun müddətdir Baş Prokurorluğa müraciət etmələrinə baxmayaraq vəzifəli şəxslər onların problemlərinin həll edilməsi istiqamətində heç bir real addım atmır.
