Gürcüstanın azərbaycanlı gənclərinin qurduğu Böyük Birlik təşkilatının rəhbəri, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun Gürcüstandakı fəal dəstəkçisi Asat Əliyev saxlanılıb. Musavat.com-un məlumatına görə, Asat Əliyevi Gürcüstan-Azərbaycan sərhədini keçəndən dərhal sonra saxlayıblar və Qazax Rayon Polis Şöbəsinə aparıblar.
Hazırda Asat Əliyevlə əlaqə saxlamaq mümkün deyil. Əməkdaşlarımız onun mobil telefonuna dəfələrlə zəng etsələr də, gənc fəalla danışa bilməyiblər.
Asat Əliyevin Azərbaycan ərazisinə keçər-keçməz saxlanılması onun Rüstəm İbrahimbəyovla olan isti münasibətləri ilə bağlı olduğu bildirilir.
Mövzunu diqqət saxlayırıq.
.