Kinodramaturq Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurasına daxil olan siyasi qüvvələr arasındakı fikir ayrılığını aradan qaldırmaq, 2013-cü il mayın 28-də onun təşəbbüsü ilə yaradılan bu ictimai institutun fəaliyyətinin davamlılığını təmin etmək üçün qurumun fəxri sədri adının üzərindən götürülməsi barədə qərar qəbul edib.
Rüstəm İbrahimbəyov fəxri sədlikdən getməsinin səbəbini birbaşa Musavat Partiyasının üzərinə atıb. R.İbrahimbəyov qeyd edib ki, Musavat Partiyası rəhbərliyinin (İsa Qəmbərə işarə vurulur) onun fəxri sədr seçilməsinin ətrafında yaratdığı diskissiyalar Milli Şuraya qarşı aparılan kampaniyanın tərkib hissəsi olduğu üçün məhz fəxri addan imtina etməsinə səbəb olub. R.İbrahimbəyovun sözlərindən belə aydın olub ki, Musavat Partiyasının missiyası hakimiyyətin sifarişlərini həyatata keçirməklə Milli Şuranın dağıdılmasına planlaşdırılıb. "Prezident seçkilərindən dərhal sonra demokratik müxalifətin sıralarında kəskinləşən partiyalararası fikir ayrılıqları ictimaiyyətin diqqətini ölkənin əsas problemlərindən yayındırır. Milli Şuranın fəaliyyətinin nəticələrini şübhə altına alanların məqsədlərini analiz etmək fikrində deyiləm, lakin şübhəsiz ki, onların fəaliyyəti demokratik qüvvələrin birliyini pozmağa yönəlib və Milli Şuranın mövcudluğu faktının beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilməsindən narahatlıq keçirən hakimiyyətin maraqları ilə üst-üstə düşür”. Bunu Rüstəm İbrahimbəyov deyib.
Bunun ardınca isə bu gün Milli Şuranın üzvü, "El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev modern.az-a Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyindən istefasına münasibət bildirərkən deyib ki, Müsavatın Partiyasının son sessiyadakı mövqeyi Rüstəm İbrahimbəyovun istefasına hesablanıbmış. Eldəniz Quliyev daha sonar bildirib ki, bundan sonra Azərbaycan müxalifətində qonşu qeybətçil arvadların səviyyəsində olan didişmələr baş qaldıracaq. Milli Şura üzvünün sözlərindən belə çıxıb ki, Musavat Partiyasının "səyləri” nəticəsində Rüstəm İbrahimbəyov sədrlikdən və fəxri addan istefa verib. Bundan sonra Milli Şuranın fəaliyyəti onun üçün şübhə altındadır. Nəzərə alsaq ki, Milli Şuranın dağılması prosesində Musavat Partiyasının maraqları ilə hakimiyyətin maraqları üzt-üstə düşür. Görünür növbəti mərhələdə arvad kimi didişmələri Eldəniz Quliyev dolyasısı ilə İsa Qəmbərin "auditoriyası”na ünvanlayıb.
Qeyd edək ki, Kinodramaturq Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurasının fəxr sədrlik porstundan artıq istefa verib. İbrahimbəyov istefa verməsini Müsavat Partiyasının fəaliyyəti ilə əlaqələndirib.
.