"Mənə elə gəlir ki, Milli Şura qarşıdan gələn parlament seçkilərində fəal iştirak etməlidir. Söhbət bir neçə deputat mandatı qazanmaqdan getmir. Əsas məqsəd seçki kampaniyasından istifadə edərək demokratik islahatların, geniş demokratik dəyişikliklərin həyata keçirilməsinə nail olmaqdır".
Bunu APA-ya müsahibəsində Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov deyib.
R. İbrahimbəyov bildirib ki, Milli Şuranın tərkibi cavanlaşmalıdır: "Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli ilə də söhbət etmişəm”.
Onun fikrincə, Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxmalıdır: "Mirmahmud Mirəlioğlu Milli Şuranın gələcəyinin olmadığını düşünürsə, onun burda fəaliyyətinin nə mənası var? Mirmahmud Mirəlioğlu mövqeyini dəyişib, səbəbini mən bilmirəm. O, mövqeyini dəyişibsə, Milli Şuradan çıxmalıdır. Mirmahmud Mirəlioğlunun mövqeyini dəyişməsini təəssüflə qarşılayıram".
R. İbrahimbəyov deyib ki, bu ilki parlament seçkilərində iştirak etmək barədə düşünmür: "Mənim belə işlərə nə vaxtım, nə hövsələm, nə də marağım var”.
.