Rusiyaya məxsus sərnişin təyyarəsi Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Yenizaman.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olan təyyarənin qalıqları yarımadanın şimalında yerləşən əl-Eyriş şəhərində tapılıb.
Misirin təhlükəsizlik qüvvələri hadisə yerini əhatəyə alıb və qəza qurbanlarının təxliyəsi üçün əraziyə 20-yə yaxın təcili tibbi yardım avtomobili göndərilib.
Məlumata görə, "Koqalımavia" (Xantı-Mansiysk) aviaşirkətinə məxsus "Airbus A321" sərnişin təyyarəsi Misirin Şarm əl-Şeyx şəhərindən Sankt-Peterburq şəhərinə hərəkət edirmiş. Misirdən Bakı vaxtı ilə səhər saat 07:21-də havaya qalxan təyyarə 23 dəqiqədən sonra radarlardan itib.
Ölən və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
.