Rusiya baş nazirinin müavini Dmitriy Roqozin Rusiyaya hücum olarsa nüvə qüvvələrindən istifadə olunacağı barədə xəbərdarlıq edib.
«Qeyri-nüvə silahını strateji daşıyıcılara qoymaqla nə qədər istəsən təcrübə aparmaq olar. Lakin əgər bizə hücum olarsa, biz sözsüz ki, müəyyən situasiyada nüvə silahı vasitəsi ilə müdafiəyə çalışacağıq», - deyə o, Dövlət Dumasında hökumət saatında bəyan edib.
Onun sözlərinə görə, uyğun vəziyyət Rusiyanın hərbi doktrinasında mövcuddur.
Roqozin istənilən təcavüzkar və ya təcavüzkarlar qrupunun bunu anlamalı olduğunu və bu məsələnin RF-ya qarşı fitnənin qarşısını almaq üçün əsas faktor olduğunu vurğulayıb: «Biz şansları bərabərləşdirən nüvə silahının rolunu heç bir zaman əhəmiyyətsiz hesab etməmişik».
.
