Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 5-də ATƏT-in baş katibi Tomas Qreminqerlə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

"ATƏT-in baş katibi Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi VII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Moskvada olacaq", - M.Zaxarova deyib.

Onun sözlərinə görə, S.Lavrovla T.Qreminqer Donbass, Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin həllində ATƏT-in rolunu və digər məsələləri müzakirə edəcəklər.

.