Moskvanın nüvə silahından istifadəsinin prinsipləri və şərtləri Rusiya Federasiyasının hərbi doktrinasında təsbit olunub, Rusiyanın Ukrayna ərazisinə qabaqlayıcı taktiki zərbə endirməsinin mümkün olub-olmaması sualına cavabı hərbi doktrinada axtarmaq lazımdır.

Bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

“Bizim hərbi doktrinamız var, orada hər şey yazılıb. Orada (hərbi doktrinada-red.) ağ-qara rəngdə qeyd olunub, bunu başqa heç cür şərh etmək olmaz” - Rusiya XİN başçısının müavini Moskvanın Ukrayna ərazisində qabaqlayıcı taktiki nüvə zərbəsi endirməsi ehtimalını istisna edib-etmədiyi sualına cavabında deyib.

Qeyd edək ki, 2020-ci ilin iyun ayında Rusiya Prezidentinin fərmanı ilə Rusiya Federasiyasının nüvə silahının tətbiqindən çəkinmə sahəsində dövlət siyasətinin əsasları təsdiq edildi. Bu sənəd nüvə silahından çəkindirmə prinsiplərini, habelə Rusiya Federasiyasının nüvə silahından istifadə etməsi şərtlərini müəyyən edir.

Sənədə əsasən, Rusiya Federasiyasının nüvə silahından istifadə imkanını müəyyən edən şərtlər bunlardır: Rusiya və (və ya) onun müttəfiqlərinin ərazilərinə hücum edən ballistik raketlərin buraxılması, düşmənin Rusiya və (və ya) müttəfiqlərinin ərazilərində nüvə silahı və digər kütləvi qırğın silahlarından istifadə etməsi barədə etibarlı məlumat əldə edildiyi, düşmənin Rusiya Federasiyasının kritik dövlət və ya hərbi obyektlərinə təsir etməsi, nüvə qüvvələrinin cavab fəaliyyətinin pozulmasın səbəb olacaq, adi silahlardan istifadə etməklə Rusiyaya qarşı təcavüz, dövlətin mövcudluğu təhlükə altında olduqda.
 

.