Rusiya Dövlət Duması Xarici əlaqələr komitəsinin sədri Aleksey Puşkov bildirib ki, Rusiyanın Suriyadakı hərbi hava əməliyyatı üç və ya dörd ay davam edəcək. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, onun sözlərinə görə, "İslam Dövləti" terror qruplaşması mövqelərinə hava zərbələrinin intensivliyi artacaq.
"Əməliyyatların uzanması riski həmişə var, lakin biz Moskvada bu əməliyyatın üç-dörd ay davam edəcəyini düşünürük", - Puşkov bildirib.
Xatırladaq ki, sentyabrın 30-da, Federasiya Şurası Suriyada Rusiya Hava Qüvvələrinin istifadə olunması barədə Rusiya prezidenti Vladimir Putinin müraciətinə müsbət cavab verərək, bu barədə qərar qəbul edib. Bir müddət sonra, Rusiya təyyarələri Suriyadakı İŞİD mövqelərinə ilk zərbələr endirib.
.
