Rusiyanın Pyatiqorsk şəhərinin rəhbərliyi yerli Yol Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi idarəsində baş vermiş partlayışla əlaqədar fövqəladə vəziyyət elan edib.
RİA Novostinin verdiyi məlumata görə, şəhəri meri Travnev bildirib ki, bütün kommunal xidmətlər gücləndirilmiş rejimə keçiblər.
Bildirilir ki, partlayışın gücü 50 kiloqram trotil ekvivalentində olub. Hadisə nəticəsində 3 nəfər ölüb.
Hadisə ilə bağlı RF Cinayət Məcəlləsinin 317 (təhlükəsizlik məmurunun həyatına qəsd), 222 (qanunsuz silah saxlama və daşıma) və 105-ci (iki və daha artıq şəxsin ölümünə səbəb olma) maddələri ilə cinayət işi açılıb.
Xatırladaq ki, Pyatoqrki şəhərinin Yol Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi idarəsinin yaxınlığında saxlanmış "Volqa" markalı avtomobil dünən axşam saatlarında partladılıb. Ölənlərin hər üçü təsadüfi şəxslərdir.
