“Ukrayna rəhbərliyi Donbasda sabitliyi pozmağa çalışır”.

Bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, Rusiyanın cənub-qərb strateji istiqamətində hərbi-siyasi vəziyyət mürəkkəb olaraq qalır.

S.Şoyqu deyib ki, ABŞ və NATO paralel olaraq Qara dəniz akvatoriyası və hava məkanında təxribat törətməkdə davam edir.

Şoyqu NATO-nu ittiham edib, ordunun döyüş qabiliyyətinin artırıldığını açıqlayıb

“Şimali Atlantika Alyansının (NATO) bir sıra Qafqaz və Yaxın Şərq ölkələrində vəziyyətin normallaşmasına qarşı çıxmaq cəhdləri səbəbi ilə Rusiyanın Cənub Hərbi Dairəsinin (CHD) qoşunlarının döyüş qabiliyyəti artırılır” .

“RİA Novosti” xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.

“Yaxın Şərq regionunun və Qafqazın bir sıra ölkələrində qeyri-stabil vəziyyət müşahidə olunur. Alyansın vəziyyətin normallaşmasına müqavimət göstərmək cəhdləri bizi simmetrik olaraq strateji məhdudlaşdırma tədbirləri görməyə və Cənub Hərbi Dairəsinin qoşunlarının döyüş qabiliyyətini artırmağa məcbur edir,” – nazir aprelin 20-də Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında deyib.

Onun sözlərinə görə, döyüş heyətinin təkmilləşdirilməsi çərçivəsində ötən il 54 təşkilati tədbir həyata keçirilib: “Bunlardan ən əsası daha bir motoatıcı diviziyasının yaradılması olub.

Eyni zamanda, Cənub Hərbi Dairəsinin davamlı yenidən təchizatı davam edir. 2020-ci ildə qoşunlara 3200-dən çox müasir silah və hərbi texnika verilib”.

.