Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti düşmən tərəfləri ayırmaq üçün mürəkkəb tapşırıqları yerinə yetirib və hazırda regionda planlaşdırılmış profil tapşırıqları həll edirlər.

Bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.

“Sülhməramlı qüvvələrimizi bölgəyə yerləşdirməklə biz orada vəziyyəti sakitləşdirə bildik. Planlı işlərin görülməsi üçün növbəti addımlar atılır. İndi bunu artıq planlı adlandırmaq olar. Bu bölgəyə həyat tədricən qayıdır. Getdikcə orada daha çox sülh və əmin-amanlıq hökm sürür”, - Rusiya müdafiə naziri vurğulayıb.

Onun sözlərinə görə, burada tibbi və humanitar yardımın göstərilməsində iştirak edənlərin hamısının böyük xidməti var: “Əlbəttə ki, sülhməramlı postlarında 24 saat xidmət aparanların əməyi var. Bu müddət ərzində Qarabağda, Suriyada və xaricdəki digər hərbi bazalarımızda xidmət edən bütün komandirlərə, hərbi xidmətçilərə, sıravilərə, çavuş heyətinə təşəkkür edirəm”.

.