Oksford Universitetinin alimləri tərəfindən koronavirusa qarşı hazırlanan peyvəndin ilk sınaq mərhələsi uğurla keçib.

Lenta.ru-nun məlumatına görə, testin nəticələri Britaniyanın “The Lancet” tibb jurnalında dərc edilib.

“ChAdOx1 nCoV-19 peyvəndi koronavirusa qarşı anticisimlərin 28 gün ərzində artmasına səbəb olur”, - deyə məqalədə bildirilir.

Dərmanın effektivlik və təhlükəsizlik əlamətləri göstərdiyi də vurğulanıb. Tədqiqat iştirakçılarının 90 faizindən çoxunda virusu zərərsizləşdirən anticisimlər meydana gəlib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın “R-Pharm” farmakologiya firması İngiltərə-İsveç şirkəti olan “AstraZeneca” ilə razılaşaraq, Rusiyada koronavirusa qarşı “Oksford peyvəndi” istehsal edəcəyi barədə xəbər yaymışdı. Şirkət 30-50 ölkəyə, o cümlədən Yaxın Şərq, Cənub-Şərqi Asiya, Avropa və MDB ölkələrinə peyvənd ixracatı üçün mərkəz kimi çıxış edəcək.

.