Putinin köməkçisi: “Ukrayna bütün öhdəlikləri yerinə yetirsə, NATO-nun platsdarm yaratmaq təhlükəsi aradan qalxacaq”
“Kiyevin Donbasa hücuma hazırlaşdığına dair təkzibolunmaz sübutlar var, Rusiya Federasiyası xüsusi əməliyyat keçirməyə məcbur olub”.
Bunu Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski “Rossiya-24” telekanalının efirində deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Krım və Donbassla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır.
Medinski bildirib ki, Ukrayna təkliflərdə qeyd olunan bütün öhdəlikləri yerinə yetirsə, NATO-nun platsdarm yaratmaq təhlükəsi aradan qalxacaq.
.
