Bu gün səhər saatlarında Moskvanın Şeremyetovo hava limanına uçmalı olan təyyarədə yanğın baş verib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Omsk aeroportundan havaya qalxacaq aerobus salonunda 134 sərnişin olub. Sərnişinlər və baqaj dərhal təyyarədən təxliyə edilib.
İkinci təyyarə qəzası isə Tümendən Surquta uçan təyyarədə qeydə alınıb. Roşina (Tümen)-Surqut ATR-42 reysi hava gəmisi texniki qəza ilə əlaqədar olaraq hava limanına dönmək məcburiyyətində qalıb və təcili eniş edib. Hər iki hadisə zamanı xəsarət alan yoxdur.
.
