Rusiyanın Ehtiyat Fondu Milli Rifah Fonduna birləşdirilib.

Yenizaman.az"Vedomosti" qəzetinə istinadən xəbər verir ki, bununla bağlı qərar 2018-ci il yanvar ayının 1-dən qüvvəyə minib.

Ölkənin "Büdcə haqqında" qanunun yeni müddəalarına görə, bundan sonra büdcənin neft-qaz satışından əldə edilən əlavə gəlirləri Milli Rfah Fondunda toplanacaq.

Qeyd edək ki, ehtiyat və milli rifah fondları 2008-ci ildə Sabitləşdirmə Fondunun bazasında yaradılıb. Dövlət büdcəsinin gəlirlərinin kəskin azalması durumunda, Ehtiyat Fondu büdcə kəsirinin maliyyələşdirilməsi mənbəyi rolunu oynayacaqdı. Milli Rifah Fondu isə pensiya təminatı mexanizminin bir hissəsi kimi yaradılıb.
.