Rusiyanın Çindəki səfiri Andrey Denisov istefa verib.

Rusiya səfiri RİA Novosti-yə bildirib ki, o, tezliklə vəzifəsini tərk edəcək.

“Bəli, həqiqətən də, Çin Xarici İşlər Nazirliyinin və digər ölkələrin Pekindəki diplomatik nümayəndəliklərinin artıq bildirdiyi kimi, vəzifəmi yaxın vaxtlarda tərk edirəm”, - diplomat vurğulayıb.

Qeyd edək ki, Denisov məşhur rus diplomatıdır. 1974-cü ildə MDBMİ-ni bitirmiş, tərcüməçi, SSRİ-nin ÇXR-də iqtisadi və ticarət nümayəndəsi vəzifələrində çalışmışdır. Çin və ingilis dillərində danışır. 2013-cü ildən bəri Denisov Rusiyanın Çindəki fövqəladə və səlahiyyətli səfiridir. O, diplomatik karyerasına 1992-ci ildə Rusiyanın Çindəki səfirliyində müşavir kimi başlayıb.

.