
Rusiya İstintaq Komitəsi bu gün istefaya göndərilən nəqliyyat naziri Roman Starovoytun ölümü ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilib ki, İstintaq Komitəsi Roman Starovoytun ölüm şəraitini müəyyənləşdirir.
Bu gün Moskva vilayətinin Odintsovo rayonunda Rusiya Federasiyasının keçmiş nəqliyyat naziri Roman Vladimiroviç Starovoytun şəxsi avtomobilində güllə yarası almış meyiti tapılıb.
Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları hadisə yerində işləyir, hadisənin baş vermə şəraitini müəyyənləşdirirlər.
Əsas versiyanın intihar olduğu bildirilib.
***
Rusiyanın keçmiş nəqliyyat naziri və Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt intihar edib.
Bu barədə Rusiya mediası məlumat yayıb.
İlkin məlumata görə, o, mənzilində özünü güllələyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin bu gün imzaladığı fərmanla Roman Starovoyt Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsindən azad edilib.
Xatırladaq ki, Starovoyt nəqliyyat naziri vəzifəsində 2024-cü ilin may ayından çalışırdı. Buna qədər isə o, Kursk vilayətinin qubernatoru vəzifəsini tutub.
.