Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynadakı müharibə zonasına gedib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Gerasimov Donbassdakı "Mərkəz" qruplaşmasının ön idarəetmə məntəqələrinə baş çəkib.
"Baş Qərgah rəisi qruplaşma komandiri və bölük komandirlərinin məruzələrini dinləyib. O, həmçinin" Donestk Xalq Respublikası"nın (Ukraynanın Donestk vilayəti-red) azad edilməsi zamanı fərqlənən əsgərləri mükafatlandırıb", deyə Rusiya MN-nin məlumatında qeyd olunub.
.