26 illik üzvlükdən sonra bu gündən etibarən Rusiyanın Avropa Şurasında fəaliyyəti dayandırılır.

Bu barədə Avropa Şurasının Kommunikasiya Departamentinin yaydığı məlumatda bildirilib.

“Avropa Şurasının Nazirlər Komitəsi bu gün səhər keçirilən növbədənkənar iclasında Avropa Şurasının Nizamnaməsinin 8-ci maddəsinə uyğun olaraq başlanmış prosedur kontekstində 26 illik üzvlükdən sonra Rusiya Federasiyasının bu gündən etibarən Avropa Şurasının üzvlüyünü dayandırması barədə qərar qəbul edib”, - qeyd olunub.

Qeyd edək ki, Rusiya Avropa Şurasına 1996-cı il fevralın 28-də qoşulmuşdu. Rusiyanın beynəlxalq təşkilatda fəaliyyətinin dayandırılması onun Ukraynaya hərbi hücumu ilə bağlıdır.

.