
Birləşmiş Ştatlar Rusiyanın yeni səfiri Aleksandr Darçiyevin təyin edilməsi üçün razılıq verib.
Yenizaman Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Yaxın vaxtlarda onun Vaşinqtona getməsi gözlənilir.
Qeyd edək ki, o, 2021-ci ilin yanvarından Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru vəzifəsində çalışır.
.