Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) ölkənin cənubuna və mərkəzi hissəsinə uçuşlara məhdudiyyətlərin növbəti dəfə uzadıldığını elan edib.

Rusiyanın 11 hava limanında uçuşların müvəqqəti məhdudlaşdırılması rejimi sentyabrın 4-nə qədər uzadılıb.

Həmin şəhərlər Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elistadır.

Ölkənin qalan hava limanları müntəzəm olaraq adi rejimdə fəaliyyət göstərir.

Qeyd edək ki, fevralın 24-dən, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başladığı gündən cənub və mərkəzi bölgələrə uçuşlara məhdudiyyət qoyulub.

.