Rusiyalı yazıçı və ictimai xadim Eduard Limonov qanunsuz şəkildə Dağlıq Qarabağın işğal olunmuş ərazilərinə səfər etdiyinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahısı"na daxil edilib.

Bu barədə  XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
"Onun adı arzuolunmaz şəxslər siyahısına daxil edilib, o, adını yenilənmiş siyahıda tapa bilər", - H.Hacıyev vurğulayıb.
.