Xocalı soyqırımında təqsirli olan hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi, tarixi ədalətin bərpası vacibdir.

Bunu Rusiyanın "Nasionalnaya Oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

"Xocalı soyqırımının 32-ci ildönümü 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi beynəlxalq hüquq baxımından Azərbaycan xalqının soyqırımıdır. Erməni hərbçiləri amansız qırğın nəticəsində 613 azərbaycanlını - qadınları, qocaları və uşaqları qətlə yetiriblər. Xocalı soyqırımına görə günahkar olan hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi, tarixi ədalətin bərpası zəruridir", deyə Rusiya hərbi ekspert Teleqram hesabındakı paylaşımında qeyd edib.

.