Rusiya prezidenti Vladimir Putin ölkəsinə qarşı sanksiyalar tətbiq edən ölkələrə kənd təsərrüfatı mallarının ixracına qadağa və ya məhdudiyyətlər barədə sənədə imza atıb.
Rusiyanın dövlət mediasının bildirdiyinə görə, dövlət başçısı hökumətə gələn il üçün ixrac mallarının siyahısının təşkilinə dair göstəriş verib. Sənəddə hansı mallara məhduyyətlər qoyulduğu hal-hazırda bildirilmir.
Qeyd edək ki, Krımın Rusiyaya birləşməsini həzm edə bilməyən və buna qısqanclıqla yanaşan ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib.
Bu arada müstəqil Levada mərkəzinin keçirdiyi rəy sorğularına görə, Vladimir Punin reytinqi rekord dərəcədə 87 faizə qalxıb. 2007-ci ildə bu göstərici 85 faiz təşkil edirdi.
Levadanın Rusiyada anti-Amerika əhval-ruhiyyəsinə dair sorğularına görə, respondentlərin 34 faizi Amerikaya "pis”, 40 faizi isə "olduqca pis” münasibət bəsləyir.
Rusiyadan "Coca-cola"ya ağır zərbə
Rusiya ərazisində "Coca-cola" içkisinə əlavə vergilər tətbiq edilə bilər. RİA Novosti-nin verdiyi məlumatına görə, Rusiya Kommunist Partiyasının Dövlət Dumasına təqdim etdiyi qanun layihəsi tərkibində şəkər olan alkoqolsuz içkilərə, xüsusilə də "Coca-cola"ya əlavə aksiz vergisi tətbiq edilməsini nəzərdə tutur.
Vergi məcəlləsinin "Aksizlər bölməsinə dəyişilik edilməsi nəzərdə tutulur.
Layihənin müəllifləri deyirlər ki, şirin qazlı içkilər, xüsusilə də "Coca-cola" piylənmə, xərçəng, infarkt və digər xəstəliklər üçün zəmin yaradır. Aksiz vergisinin tətbiqi həmin içkiləri daha da baha edəcək. Nəticə olaraq, əhali bu içkilərin istifadəsində maraqlı olmayacaq.
Avropa İttifaqının rəsmiləri təlaş içindədir
Rusiya prezidentinin göstərişi ilə ABŞ kənd təsərrüfatı mallarının bu ölkəyə idxalı qadağan olunması Ağ Ev Administrasiyasını narahat edib. Bununla da rəsmi Moskva Qərbin Ukrayna böhranından doalyı Rusiyaya qarşı şantaj xarakterli tətbiq etdiyi iqtisadi sanksiyalara cavab vermiş oldu.Qadağan olunan malların isə rəsmi siyahısı mətbuatda dərc olunacağı gözlənilir.
Yenizaman.az xarici mətbuata istinadən bildirir ki, Avropa Birliyindən Rusiyaya idxal olunan bütün növ meyvə və tərəfəz də qadağalar sırasına düşüb. Elə bu səbəbdən də artıq Avropa İttifaqının rəsmiləri təlaş içindədir və təcili Avropa Birliyinin sanksiyalarla bağlı toplantısı gözlənilir.
Rusiyanın bu sanksiyaları Avropa iqtisadiyyatını daha pis günə qoya bilər və bu ölkələrin beynəlxalq səviyyədə təcrid olunmasına gətirib çıxaracaq.
Statistikaya görə, ABŞ-dan ay ərzində Rusiyaya 1,3 milyar dollar dəyərində kənd təsərrüfatı malları ixrac edilib, Avropa Birli isə 15,8 milyard dollarlıq ixracata imza atıb. Həmin bu pullardan isə ABŞ və Avropa Birliyi dövlətləri məhrum olacaq. Bununla da həmin ölkələrin iqtisadi durumu sonda pis vəziyyətə düşəcək. Artıq Almaniyada, Fransada, Polşada və ABŞ-ın projesində iştirak edib Rusiyaya qarşı sanksiyalara imza atan ölkələrdə sahibkarlar kütləvi etiraz aksiyaları təşkil etməyə hazırlaşırlar.
.
