Rusiyanın Moskva vilayətinin şimal-şərqində yerləşən Sergiyev Posad şəhərində yerləşən Zaqorsk Optik-Mexaniki zavodda partlayış olub.

Bu barədə TASS məlumat yayıb.

İlkin məlumata görə, 6 nəfər yaralanıb.

Hadisənin şəraiti və səbəbi araşdırılır.

Qeyd edək ki, Zaqorsk Optik-Mexaniki zavod 1935-ci ildən fəaliyyət göstərir. Müəssisə hüquq-mühafizə orqanları, sənaye, səhiyyə sahələrinə və opto-elektronik cihazlar istehsal edir. Zavod Rusiya optik sənayesinin əfsanəvi müəssisəsi sayılır.

.