Rusiyada qəzaya uğrayan "An-148" tipli sərnişin təyyarəsinin qalıqları tapılıb.

Publika.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, sərnişinlər və ekipaj üzvləri arasında sağ qalan yoxdur.

Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olub.

Təyyarə Moskva-Orsk reysi üzrə hərəkət edirmiş.

Rusiya Fövqəladə Hallar Nazirliyi An-148 sərnişin təyyarəsinin Ramensk rayonu yaxınlığında qəzaya uğraması haqda xəbəri təsdiq edib:

"Bu gün Moskva vilayətinin Ramensk rayonu yaxınlığında yerləşən Stepanovs yaşayış məntəqəsi yaxınlığında Domodedovo-Orsk istiqamətində 703 saylı reysi həyata keçirən An-148 təyyarəsi qəzaya uğrayıb. Hadisə yerinə dərhal Rusiya FHN-in xilasedici qrupları, təcili-tibbi yardım və digər ekstern reaksiya xidmətləri cəlb edilib”, - Rusiya FHN-nin saytında dərc olunan materialda deyilir.

Məlumatda o da qeyd edilib ki, hadisə yerinə 150-dən çox insan və 20 texnika gətirilib.


.