Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) Dövlət Dumasına keçirilən seçkilərdə protokolların 99 faizini sayıb.

MSK-nın açıqladığı nəticələrə əsasən, hakim “Vahid Rusiya” Partiyası 49,82 faiz səslə qalib gəlib.

Kommunist Partiyası 19 faiz səslə ikinci, Liberal-Demokrat Partiyası 7,49 faiz səslə üçüncü, “Ədalətli Rusiya-Həqiqət uğrunda” Partiyası 7,42 faiz səslə dördüncü, “Yeni İnsanlar” Partiyası isə 5,35 faiz səslə beşinci yeri tutub.
 

.