Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) Dövlət Dumasına seçkilərdə protokolların 80 faizinin sayıldığını açıqlayıb.

“Vahid Rusiya” Partiyası 194 təkmandatlı dairədən, Kommunist Partiyası 15, “Ədalətli Rusiya-Həqiqət uğrunda” Partiyası 8 təkmandatlı dairədən liderliklərini qoruyub saxlayırlar.

“Vahid Rusiya” Partiyasının Ali Şurasının katibi Andrey Turçak partiyasının seçkilərdə 315 mandat alacağını açıqlayıb. Onun sözlərinə görə, “Vahid Rusiya” Partiya siyahısından 120, təkmandatlı dairələrdən isə 195 mandat alır.

Qeyd edək ki, Rusiya parlamentinin aşağı palatası 450 deputatdan ibarətdir. Onların 225 nəfəri partiya siyahısı ilə, 225 isə təkmandatlı dairələrdən seçilir. Parlamentdə konstitusiya çoxluğunu əldə etmək üçün partiyalara ən azı 300 mandata sahib olmaq lazımdır.

.